Dünya Müharibəsi yenidən GÜNDƏMDƏ – “Rusiya ilk olaraq bu ölkələri VURACAQ” – ADLAR

Dünya Müharibəsi yenidən GÜNDƏMDƏ – “Rusiya ilk olaraq bu ölkələri VURACAQ” – ADLAR

Hazırda oxunan: Dünya Müharibəsi yenidən GÜNDƏMDƏ – “Rusiya ilk olaraq bu ölkələri VURACAQ” – ADLAR

211274

Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadənin NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcəyini söyləyib.

Bunu Putin jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

Bununla da Vladimir Putin ilk dəfə ABŞ və Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya yüksək dəqiqliyə malik Qərb silahları ilə zərbələr endirməyə icazə verəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Prezident bildirib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür.

Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək.

Rusiya liderinin bu açıqlaması isə dünya müharibəsi ehtimalını gündəmə gətirib.

Bəs, Qərb xəbərdarlığa məhəl qoymasa, Rusiya NATO ölkələrini vuracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədli düşünür ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsilə müharibənin forması və qaydaları dəyişəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa, dünyanı nə gözləyir? – ARAŞDIRMA –VİDEO


“Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi, daha dəqiqi Qərbin, NATO ölkələrin hərbi strukturlarının Ukraynada yerləşdirəcəyi bu raketlər vasitəsilə Rusiyanın dərinliklərindəki şəhər və qəsəbələrə, strateji, hərbi obyektlərə zərbələr endirməsi birmənalı olaraq müharibənin formasını, qaydalarını dəyişəcək. Belə bir hadisə baş verərsə, Rusiyanın adlandırdığı kimi xüsusi hərbi əməliyyat deyil, bu artıq müharibə formasına keçəcək.

Burada ilk növbədə zərər görəcək tərəf də Ukrayna olacaq. Çünki Ukraynanın atacağı raket zərbələrinə Rusiya tərəfindən adekvat cavablar veriləcək. Kreml öz arsenalındakı uzaqmənzilli və qitələrarası raketlərdən istifadə etməklə özünə qarşı olan qüvvələrə zərbələr endirəcək”.

İlk hədəf Polşa və Rumıniyadır?

Həmsöhbətimiz qeyd edir ki, bu zaman Rusiyanın zərbələrinə tuş gələcək ölkələr sırasında NATO dövlətləri, ilk növbədə təchizatı təmin edən Polşa və Rumıniya da yer ala bilər:

“Amma ən gərgin vəziyyətə Ukrayna düşəcək. Hesab edirəm ki, Kremllə mübarizənin əsas forması Ukrayna ərazisindəki Rusiya ordusu hissələrini sıradan çıxarmaqdan ibarət olmalıdır. Rusiyanın mövcud vəziyyətdə hansı NATO ölkəsinə zərbə endircəyini birmənalı olaraq söyləmək mümkün deyil. Hər halda təchizatı təmin edən istiqamətlərə zərbələr endiriləcək. Ehtimal ki, bu ölkələr də Rumıniya və Polşa olacaq”.

Ekspertin fikrincə, Ukrayna hərbçiləri uzanmənzilli raket komplekslərindən istifadə etməyə hazır deyillər:

“Onların belə mütəxəssisləri yoxdur. Deməli, bu raketlərdən istifadəni təmin edən tərəf NATO-ya üzv ölkələrin hərbi qulluqçuları olacaq. Bu da de-fakto və rəsmi şəkildə NATO-nun Ukraynada iştirakı demək olacaq. Putin də buna işarə etməklə vəziyyətin hansı mərhələyə gedəcəyinə işarə edib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO