Narinin qətlinə dair yeni ifadə: Uşağı atasına aid tövlənin yanında basdırmaq istəyiblər? - VİDEO

Narinin qətlinə dair yeni ifadə: Uşağı atasına aid tövlənin yanında basdırmaq istəyiblər? - VİDEO

Hazırda oxunan: Narinin qətlinə dair yeni ifadə: Uşağı atasına aid tövlənin yanında basdırmaq istəyiblər? - VİDEO

211181

Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən və 19 gün sonra cəsədi dərə yatağından tapılan 8 yaşlı Narin Güran cinayəti ilə bağlı istintaqda yeni faktlar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı "CNN Türk" telekanalı reportaj hazırlayıb.

Reportajda Narinin cəsədini dərə yatağında basdıraraq gizlədən Nevzat Bahtiyarın yeni ifadələrinə yer verilib.

Qeyd edək ki, daha əvvəl "CNN Türk" İstanbul xəbər müdiri Nihat Uludağ Narinin atası Arif Gürana məxsus olan tövlənin yanında çuxur qazıldığını bildirmişdi. Bu "Narini tövlədəmi basdırmağı planlaşdırıblar?" deyə suallar ortaya çıxarmışdı.

Reportajda həmin çuxurun görüntüləri yayımlanıb. Nevzat Bahtiyarın son ifadəsində də məsələyə dair yeni təfərrüat ortaya çıxıb.

"Biz Narin üçün tikinti sahəsinin yanında çuxur qazdıq. Narinin cəsədini tikintidən tapdığım kisəyə qoydum", - deyə Nevzat bildirib.

O, hadisənin baş verdiyi anlarla bağlı maraqlı məlumatlar verib.

"Günorta evə gedib nahar etdim. Su kəsilmişdi, muxtara zəng etdim və suyun kəsildiyini dedim. Səlahiyyətlilərə xəbər verəcəyini dedi. On dəqiqədən sonra həyətə çıxdım. Anamın evinə su başqa şəbəkədən gəlirdi, orada anamın ağaclarını sulayırdım. Bu zaman muxtar Salim Güran (Narinin qətlində əsas şübhəli olan əmisi - red.) yuxarıdan, Arifin (Narinin atası - red.) həyətindən, yəni Narin Güranın evinin həyətindən mənə tərəf qışqıraraq "Hazırlaş, səninlə təcili işim var, hazır ol və məni gözlə" dedi. Sonra maşını ilə gəldi. Mən də öz maşınıma mindim. Biraz irəli getdik. Ağacın altında, heç kimin görmədiyi yerdə Narinin ön oturacaqdakı cəsədini götürdü və adyalla birlikdə mənim maşınıma qoydu. Sonra mən maşını evimin qarşısına sürdüm.

Orada bir çuvalda tikinti materialları var idi. Həmin materialları kənara töküb Narinin cansız bədənini həmin torbaya qoydum. Eğertutmaz dərəsinə apardım", - deyə Nevzat bildirib.

"Salim Güran Nevzat Bahtiyarı təsadüfən hadisəyə cəlb etməyib. Narinin cəsədindən qurtulmaq üçün işini bilən yaxşı daş ustasına ehtiyac var idi. Nevzat Bahtiyar bu sahədə çox təcrübəlidir. O, cəsədin heç vaxt tapılmaması üçün suyun altında gizlədilməsinə nail ola bilərdi", - deyə telekanal bildirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO