Hindistanda naməlum virus YAYILIB: 15 nəfər ölüb

Hindistanda naməlum virus YAYILIB: 15 nəfər ölüb

Hazırda oxunan: Hindistanda naməlum virus YAYILIB: 15 nəfər ölüb

211067

Hindistanın qərbində 15 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hindustan Times” yazıb.

Bildirilib ki, indiyədək aparılan testlər H1N1 qrip virusu, donuz qripi, Krım-Konqo hemorragik qızdırması, malyariya və dang qızdırması ehtimalını istisna edir. 

Vəfat edən şəxslərin ölüm səbəbləri və virusun mənşəyini dəqiq müəyyən etmək üçün mərhumlardan götürülən analizlər Milli Virusologiya İnstitutuna göndərilib.

Qeyd edilir ki, naməlum hərarətin yayılması leysan yağışları və daşqınlarla eyni vaxta düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO