Tramp və Harrisin seçici dəstəyi ilə bağlı SORĞU

Tramp və Harrisin seçici dəstəyi ilə bağlı SORĞU

Hazırda oxunan: Tramp və Harrisin seçici dəstəyi ilə bağlı SORĞU

210560

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokratlardan olan rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.

Bizim.Media xəbər verir ki, bunu “The New York Times” qəzeti və Siena Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da keçiriləcək debatdan əvvəl apardığı sorğunun nəticələri sübut edir.

Sorğuya görə, Trampı respondentlərin 48 faizi, Harrisi isə 47 faizi dəstəkləyir.

Harris noyabrda keçiriləcək prezidentlik yarışına qərar verəcək yeddi ştatdan üçündə Trampı qabaqlayır. O, Viskonsin, Miçiqan və Pensilvaniyada liderdir. Namizədlər Arizona, Corciya, Nevada və Şimali Karolina ştatlarında da oxşar səviyyədə dəstək alıblar.

Sorğu sentyabrın 3-dən 6-dək 1695 amerikalı arasında aparılıb və 2,8 faiz bəndi səhv nisbətinə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO