Ermənilərin ABŞ-da türklərə qarşı vandallığı - VİDEO

Ermənilərin ABŞ-da türklərə qarşı vandallığı - VİDEO

Hazırda oxunan: Ermənilərin ABŞ-da türklərə qarşı vandallığı - VİDEO

2102

4 noyabr 2020-ci il tarixində axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Beverli Hils şəhəri Los Anceles vilayətində yerləşir və Los Anceles şəhəri ilə əhatə olunur.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, Beverli Hils polis idarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək, restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər.

"Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.


Türkiyənin Baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.

Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib.

O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib.

N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib".

Qeyd olunub ki, Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los Ancelesin FOX, ABC 7 kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.

Xatırladaq ki, ermənilərin basqını ilə bağlı ABŞ-ın ABC 7 kanalı da videoreportaj verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO