Hindistanda 96 nəfərin cəsədi Qanq çayından çıxarıldı

Hindistanda 96 nəfərin cəsədi Qanq çayından çıxarıldı

Hazırda oxunan: Hindistanda 96 nəfərin cəsədi Qanq çayından çıxarıldı

20899

Hindistanın Uttar Pradesh və Bihar ştatlarının səlahiyyətliləri çərşənbə günü Qanq çayından 96 nəfərin cəsədlərini çıxartdıqlarını deyiblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, bundan əvvəl Bihar ştatının sakinləri çayda təxminən 100 nəfərin qalıqları haqda informasiya veriblər. 

Ehtimal edilir ki, onlar koronavirusdan ölənlərin cəsədləridir. Yerli sakinlərin bildirdiyinə görə, cəsədlərin Qanqa tökülməsinin səbəbi Hindistan ərazisindəki COVID-19 hadisələrinin rekord dərəcədə çoxluğu fonunda kremasiyaların baha olmasıdır. 

Çərşənbə günü ölkə səlahiyyətliləri tələb ediblər ki, ölənlərin cəsədləri Qanq çayına atılmasın.

71 cəsədin çıxarıldığını deyən ştat polisi hadisəni araşdırmağa başlayıb. Öz növbəsində, Qanqın yuxarı hissəsində yerləşən Uttar Pradeşin səlahiyyətliləri də 25 cəsədi çaydan çıxardıqlarını bildiriblər.

Hindistan dünyada koronavirusa yoluxmada ikinci ölkədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə COVİD-19 xəstələrinin ümumi sayı 23,3 milyonu keçib, 19,3 milyondan çoxu sağalıb, 254 mindən çox insan ölüb.

Hindistanda xəstələrin sayında artım fevralın ortalarından bəri davam edir. Ardıcıl iki həftədən çoxdur ki, yeni xəstələrin sayı gündə 300 min nəfəri keçib.

Bu, dünyanın digər ölkələrindən çoxdur və artıq 5 dəfə 400 mini ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO