Pezeşkiandan ETİRAF: "Millət vəkili olanda xaricə səfərlər zamanı boş-boş gəzirdik"

Pezeşkiandan ETİRAF: "Millət vəkili olanda xaricə səfərlər zamanı boş-boş gəzirdik"

Hazırda oxunan: Pezeşkiandan ETİRAF: "Millət vəkili olanda xaricə səfərlər zamanı boş-boş gəzirdik"

208786

İran Prezidenti Məsud Pezeşkian ölkənin xarici işlər naziri Abbas Əraqçının rəsmi şəkildə vəzifəsinin icrasına başlaması mərasimində millət vəkili olarkən xaricə səfərləri zamanı gülünc gerçəkləri səmimi və dürüst şəkildə etiraf edib.

Bu barədə Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Mən millət vəkili olarkən İran parlamentinin dostluq qrupları bizi başqa ölkələrə səfərə göndərirdilər. Bizi xaricə göndərən parlament rəsmisindən soruşurduq ki, orada nə etməliyik? Yəni hakimiyyət məndən rəsmi nümayəndə kimi nə etməyimi istəyir? Xaricə yollanarkən nə etməliyəm? İqtisadi, mədəni münasibətlərdə bir nəticə əldə etməliyik? Vallah, həmin rəsmidən heç bir cavab ala bilmirdik. Səfərə gedib boş-boş dolanıb, geri qayıdırdıq, heç nə etmirdik", - deyə Məsud Pezeşkian gülərək əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO