Trampın Harrislə debatı bu tarixdə baş tutacaq

Trampın Harrislə debatı bu tarixdə baş tutacaq

Hazırda oxunan: Trampın Harrislə debatı bu tarixdə baş tutacaq

208761

Donald Trampın Kamala Harrislə debatı sentyabrın 10-da "ABC News" telekanalında da baş tutacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, tədbir Filadelfiyada baş tutacaq. Qaydalar Baydenlə iyun debatındakı kimi qalacaq.

Belə ki, namizədlər debatda ayaqüstündə iştirak edəcəklər. Onlara qeydlər və ya "şparqalka" vərəqləri gətirmək qadağandır.

ABC televiziya kanalı debatın ədalətli və bərabər olacağına, tərəflərə əvvəlcədən sual verilməyəcəyinə söz verib.

Məlumata görə, təşkilatçılar Harris kampaniyasının bütün 90 dəqiqə ərzində mikrofonları açıq saxlamaq tələbinə məhəl qoymayıblar.

Tramp studiyada tamaşaçıların olub-olmayacağını dəqiqləşdirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO