Pakistanda sərnişin avtobusu dərəyə düşdü: ÖLƏNLƏR VAR

Pakistanda sərnişin avtobusu dərəyə düşdü: ÖLƏNLƏR VAR

Hazırda oxunan: Pakistanda sərnişin avtobusu dərəyə düşdü: ÖLƏNLƏR VAR

208325

Bu gün Pakistanda sərnişin avtobuslarının olduğu iki qəza baş verib, nəticədə 34 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, birinci qəza ölkənin şimal-şərqindəki Pəncab əyaləti ilə sərhəddə Azat Patton şəhəri yaxınlığında baş verib.

"Sərnişinlərin olduğu avtobus aşaraq dərəyə düşüb. Qəza zamanı 22 nəfər, o cümlədən 15 kişi, altı qadın və bir uşaq ölüb", - xilasetmə xidmətinin nümayəndəsi Faruk Əhməd bildirib.

Qeyd olunur ki, ikinci qəza Bəlucistanın Makran Sahil şosesində baş verib. "25 nəfərin olduğu avtobus da dərəyə düşüb. Ehtimal olunur ki, sürücü sürət həddini aşıb və idarəetməni itirib. Qəza zamanı 12 nəfər ölüb", - xəbərdə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO