Telegram-ın təsisçisi Pavel Durov Fransanın paytaxtı Paris şəhərinə köməkçisi və cangüdəninin müşayiəti ilə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada SAXLANILDI
Mənbə yazır ki, onun məqsədi vaxtını bir axşam Parisdə keçirmək olub. Bunun üçün restoranlardan birində stol sifariş edib.
Qeyd edilir ki, Durovun “Embraer Legacy 600” təyyarəsi yerli vaxtla saat 19:30-da Fransa hava limanına enib. Bir neçə dəqiqədən sonra Pavel saxlanılıb.
Nəşrin yazdığına görə, müstəntiqlərdən biri Durovun Fransada axtarışda olduğunu bilə-bilə hələ də Parisə gəlmək qərarına təəccüblənib. Məsələyə yaxın olan digər mənbə isə Durovun qərarının “cəzasızlıq hissi” ilə bağlı olduğunu iddia edib.
Telegram təsisçisinin bazar günü məhkəmə qarşısına çıxacağı gözlənilir.
Bizim.Media