Anjey Duda: Polşa 23 min ukraynalı hərbçiyə təlim keçib

Anjey Duda: Polşa 23 min ukraynalı hərbçiyə təlim keçib

Hazırda oxunan: Anjey Duda: Polşa 23 min ukraynalı hərbçiyə təlim keçib

208219

Polşa ordusu Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransında bildirib.

Duda qeyd edib ki, Varşava Kiyevə hərbi dəstək verməkdə davam edəcək, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olmasını təşviq edəcək.

Mayın sonunda Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bildirmişdi ki, Avropa İttifaqının müvafiq missiya çərçivəsində hazırlamağı öhdəsinə götürdüyü bütün Ukrayna hərbçilərinin üçdəbiri Polşada təlim keçib.

Aİ yayın sonunadək Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgərinə təlim keçmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO