Çin əhalisi 2010-cu illə müqayisədə 72 milyon və ya 5,38% artaraq 1 milyard 411 milyon 780 min nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, məlumatı 11 may çərşənbə axşamı Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin informasiyalarına istinadən Xinhua agentliyi yayıb.
Bu dövrdə Çinin orta əhalisi ildə 0,53% artıb, 2000-2010-cu illərdə isə orta illik artım 0,57% təşkil edib.
İndi Çində 723,4 milyon kişi var. Bu da ümumi əhalinin 51,24%-dir. Qadınlar isə 688,4 milyondur (48,76%). Çinin 16-59 yaş arasındakı əmək qabiliyyətli əhalisi 880 milyon nəfərdir. Və əhalinin orta yaşı hazırda 38,8-dir.
Ölkənin 0-14 yaş arasındakı materik sakinlərinin sayı 253,38 milyon, 15 yaşdan 59 yaşa qədər 894,37 milyon, 60 yaşdan yuxarı 264 milyon nəfərdir. Eyni zamanda, ölkədə əhalinin yaşlanma nisbəti sürətlə davam edir.
60 yaşdan yuxarı Çin vətəndaşlarının payı ölkənin ümumi əhalisinin 18,7% -ni təşkil edib. Bu da 2010-cu ildəkindən 5,44% çoxdur.
Əhali baxımından Çin dünyada birinci yerdədir. Hindistan bir az geridə qalıb (1.389 milyarddan çox). Üçüncü yerdə ABŞ (331 milyondan çox adam) gəlir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:13 / 11.05.2021
Çin əhalisinin sayı 1,4 milyardı keçdi
Hazırda oxunan: Çin əhalisinin sayı 1,4 milyardı keçdi
Hazırda oxunan: Çin əhalisinin sayı 1,4 milyardı keçdi
20812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.