Putin: “Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib” - VİDEO

Putin: “Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib” - VİDEO

Hazırda oxunan: Putin: “Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib” - VİDEO

207894

“Ukrayna Silahlı Qüvvələri bu gecə Kursk Atom Elektrik Stansiyasına zərbələr endirməyə cəhd ediblər”.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı keçirdiyi iclasda deyib. 

Onun sözlərinə görə, Rusiya artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məsələ ilə bağlı məlumatlandırıb:

“Onların vəziyyətin qiymətləndirilməsi üçün mütəxəssis göndərməyi, özləri də gəlməyi vəd edirlər. Ümid edirəm, bu, son nəticədə onlar tərəfindən həyata keçiriləcək”.

Putin müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini soruşub. O, isə cavabında vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO