Kursk istiqamətində vəziyyət necədir? - "Axmat"ın komandanından AÇIQLAMA

Kursk istiqamətində vəziyyət necədir? - "Axmat"ın komandanından AÇIQLAMA

Hazırda oxunan: Kursk istiqamətində vəziyyət necədir? - "Axmat"ın komandanından AÇIQLAMA

207211

"Ukrayna Silahlı Qüvvələrinin çoxlu sayda hərbi qulluqçusu Kursk istiqamətində məhv edilib, vəziyyət nəzarət altındadır".

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.

"Düşmən gecə-gündüz mənim bölməmin yerləşdiyi ərazilərə keçməyə çalışsa da, buna nail ola bilməyib. Düşmənin xeyli sayda əsgəri məhv edilib. Bu gün bir zirehli döyüş maşını məhv olunub", - o bildirib.

Alaudinov aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi üzrə hərbi əməliyyatlar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO