Türkiyədə yanğın bölgələrindən 3971 nəfər təxliyə olunub -FOTO/VİDEO

Türkiyədə yanğın bölgələrindən 3971 nəfər təxliyə olunub -FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə yanğın bölgələrindən 3971 nəfər təxliyə olunub -FOTO/VİDEO

207202

Türkiyənin meşə yanğınları baş verən bütün bölgələrində alovla mübarizə davam edir. Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə səfərbər olunub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.

Bizim.Media xəbər verir ki, Türkiyənin İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində helikopterlər də cəlb edilməklə yanğınlara qarşı mübarizə aparılıb. Səhərdən başlayaraq isə altı vilayətin səkkiz bölgəsində alovla mübarizə tədbirləri idaha da intensivləşdirilib.

 

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı son açıqlamasında Aydın vilayəti istisna olmaqla, digər bölgələrdə yanğının şiddətinin nisbətən azaldığını, lakin küləyin təsiri ilə dəyişikliklərin ola biləcəyini deyib.


Bildirilib ki, Aydındakı yanğın vilayətin cənub və şimal hissələrində təxminən doqquz kilometrlik xətt üzrə davam edir. Buradakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, çox sayda texnika və təxminən 370-ə yaxın canlı qüvvə cəlb edilib. İzmirdəki yanğınların söndürülməsində isə 3 təyyarə, 15 helikopter, çox sayda texnika və canlı qüvvə iştirak edir.

Ölkənin Manisa vilayətində də meşə yanğınları ilə mübarizə davam edir. Gecə boyu qurudan aparılan söndürmə işlərinə səhər saatlarından etibarən aviasiya vasitələrləri dəstək verir. Hazırda bölgədə 7 helikopter fəaliyyət göstərir.

Ölkənin Bolu vilayətində də vəziyyət eynidir. Sıx meşəlik ərazidə başlayan yanğının söndürülməsinə Bolu ilə yanaşı, ətraf vilayətlərdən də hava vasitələri cəlb olunub. Bölgədə 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvənin iştirakı ilə alovla mübarizə fasiləsiz davam edir.

Ölkə üzrə yanğınlarla bağlı yeddi nəfər saxlanılıb, onlardan ikisi həbs edilib.

Yanğın bölgələrindən indiyədək 3971 nəfər təxliyə olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO