Dünən ABŞ Ədliyyə Nazirliyi İran əsilli Amerika vətəndaşı Cefri Şans Nadirin həbs edilidyini və ona qarşı Tehrana təyyarə hissələri satmağa cəhd göstərməkdə günahlandırılaraq ittiham aktının verildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi bəyanat yayıb.
Mənbə qeyd edir ki, Kaliforniyada yaşayan 66 yaşlı İran əsilli şəxsin ABŞ sanksiyalarını pozduğunu vurğulayıb.
Bildirilib ki, Cefri Nadir və onun adamları ABŞ-də istehsal olunan 4 növ təyyarə hissəsini qanunsuz olaraq İrana ixrac ediblər. Bu təyyarə hissələri hərbi qırıcılarda, o cümlədən Amerika istehsalı olan F-4 təyyarələrində istifadə olunur.
Nazirlik qeyd edib ki, İran əsilli amerikalı 2023-cü ildən bəri Kaliforniyada yerləşən “Pro Aero Capital” adlı şirkət vasitəsilə ABŞ şirkətlərindən təyyarə almaq üçün İrandakı iş ortaqları ilə koordinasiyada olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:53 / 15.08.2024
Tehrana təyyarə hissələri satan İran əsilli amerikalı həbs edildi
Hazırda oxunan: Tehrana təyyarə hissələri satan İran əsilli amerikalı həbs edildi
Hazırda oxunan: Tehrana təyyarə hissələri satan İran əsilli amerikalı həbs edildi
206772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.