Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin yeni qaydalarla təşkil olunacağını açıqlayıb.
Bizim.Media-nın məlumatına görə, ölkənin Həcc Ziyarəti nazirliyi tərəfindən dərc olunan bəyanatda zəvvarların sağlamlığının qorunması və ibadətlərinin asanlaşdırılması üçün lazımi tədbirlər planı üzərində çalışıldığı bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Səudiyyə Ərəbistanı 1000 yaşı olan məscidi yenidən açdı - FOTO
Açıqlamada Həcc ziyarətinin hansı qaydada təşki olunacağının yaxın zamanda ictimaiyyətlə paylaşılacağı qeyd olunub.
Qeyd edək ki, ötən il koronavirus səbəbindən sadəcə ölkə vətəndaşlarının Həcc ziyarətində iştirakına icazə verilmişdi.
Bizim.Media