Amerika Birləşmiş Ştatları bütün müttəfiqlərindən, o cümlədən İranla əlaqələri saxlayan Türkiyədən Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağa çağırır.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk deyib.
"Biz İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən Türkiyə də daxil olmaqla, gərginliyin azaldılmasının zəruriliyinə inandırmalarını xahiş edirik", - "Reuters" diplomatın sözlərindən sitat gətirib.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh verməyəcəklərini bildiriblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında ABŞ-ın "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamenei Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:33 / 13.08.2024
ABŞ İranla bağlı müttəfiqlərindən nə istəyib? - DETALLAR
Hazırda oxunan: ABŞ İranla bağlı müttəfiqlərindən nə istəyib? - DETALLAR
Hazırda oxunan: ABŞ İranla bağlı müttəfiqlərindən nə istəyib? - DETALLAR
206418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.