Xəbər verdiyimiz kimi Türkiyədə sərnişinlə dolu olan avtobus partladılıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə avtobus partlayıb, ölən və yaralılar var - VİDEO
“Milli Müdafiə Nazirliyi ilə apardığımız ilkin araşdırma nəticəsində İraqın şimalından həyata keçirilən hücumun bölgədə fəaliyyət göstərən kömür mədəninə qarşı düşmənçilikdən törədildiyi müəyyən edilib. Hadisənin terror aktı olduğu açıq-aşkardır”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, avtobusla yanaşı, mədənçiləri daşıyan digər maşınlara da ziyan dəyib.
Bizim.Media