Romada yanğın: Qatarların hərəkəti dayandırıldı

Romada yanğın: Qatarların hərəkəti dayandırıldı

Hazırda oxunan: Romada yanğın: Qatarların hərəkəti dayandırıldı

205735

İtaliyanın paytaxtı Romanın şərqindəki Korkol bələdiyyəsində otlaq ərazidə böyük yanğın olub.

Bizim.Media xəbər verir ki, əraziyə yanğınsöndürmə briqadaları, mülki müdafiə qüvvələri və könüllülər cəlb edilib. 
 

Yüksək temperatur və külək alovun geniş əraziyə yayılmasına səbəb olur. Yanğın səbəbindən Roma və Neapol arasındakı yüksək sürətli qatarların, eləcə də şəhərətrafı qəsəbələrdə qatarların hərəkəti dayandırılıb.


Hazırda yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO