İDDİA: Ukrayna ordusu Kurskda 300 Rusiya hərbçisini əsir götürüb

İDDİA: Ukrayna ordusu Kurskda 300 Rusiya hərbçisini əsir götürüb

Hazırda oxunan: İDDİA: Ukrayna ordusu Kurskda 300 Rusiya hərbçisini əsir götürüb

205613

Ukraynanın Rusiya ərazisinə - Kursk vilayətinə girməsi hazırda dünya mətbuatında geniş müzakirə olunur. İlk vaxtlarda adi reyd kimi qəbul edilən prosesin ciddi məqsədləri olan əməliyyat olduğu getdikcə daha aydın hiss olunur.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, son məlumata görə, Ukrayna ordusu 25 km dərinliyə qədər irəliləyib.

Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyası nəzarətə götürülüb.

Bu xəbərin yayılmasından sonra Avropa qaz bazarında qiymət bir az qalxıb.

Ukrayna ordusu iddia edir ki, Kursk vilayətində 2 günlük döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin 300-ə yaxın hərbi qulluqçusu əsir götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO