Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onların çatdırılmasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazır.
Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin İran prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri Məhəmməd Baqiri ilə hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyi iddia edilir.
İki İran rəsmisi nəşrə açıqlamasında, Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsindən sonra rəsmi Tehran İsraildən qisas alacağını elan edib. Hücumun yaxın günlərdə başlayacağı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:02 / 06.08.2024
Yaxın Şərqdə gərginlik ARTIR - Rusiya İrana silah tədarükünə BAŞLADI
Hazırda oxunan: Yaxın Şərqdə gərginlik ARTIR - Rusiya İrana silah tədarükünə BAŞLADI
Hazırda oxunan: Yaxın Şərqdə gərginlik ARTIR - Rusiya İrana silah tədarükünə BAŞLADI
205314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.