Aparılan araşdırma nəticəsində süni intellektin bioloji silah yarada biləcəyi müəyyən olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg“ nəşrinin dərc etdiyi məqalədə deyilir.
Biokimyaçı Rokko Kasagrande, “chatbot”ların bioloji silah yaratmağa kömək edə biləcəyini açıqlayıb. Alim və komandası bioterrorçular adı altında süni intellektin imkanlarını tədqiq etmək üçün təxminən 150 saat vaxt sərf edib və bu zaman müəyyən olunub ki, “chatbot”un biosilahlarla bağlı verdiyi cavablar adi axtarış nəticələrindən tamamilə fərqlənir.
Süni intellekt Kasagrande və onun komandasına biosilahlardan istifadənin ən təsirli yolları, eləcə də hansı hava şəraitində onlardan istifadə etməyin daha yaxşı olduğu barədə geniş məlumat verib.
Tədqiqatdan sonra Kasagrande ABŞ-ın yüksək səviyyəli liderlərinə məsələ ilə bağlı hesabat təqdim edib.
Bundan əvvəl immunoloq Nikolay Kryuçkov bioloji silahların istifadəsinin praktiki olaraq istisna edildiyini, çünki onların istifadə edən tərəf üçün də təhlükə yaratdığını bildirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:29 / 04.08.2024
Süni intellektin bioloji silah yaratmağa qadir olduğu aşkar edildi
Hazırda oxunan: Süni intellektin bioloji silah yaratmağa qadir olduğu aşkar edildi
Hazırda oxunan: Süni intellektin bioloji silah yaratmağa qadir olduğu aşkar edildi
204961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.