ABŞ uşaqlara görə "TikTok"u məhkəməyə verdi - FOTO

ABŞ uşaqlara görə "TikTok"u məhkəməyə verdi - FOTO

Hazırda oxunan: ABŞ uşaqlara görə "TikTok"u məhkəməyə verdi - FOTO

204892

ABŞ Ədliyyə Nazirliyi "TikTok"sosial şəbəkəsini 13 yaşından kiçik istifadəçilərdən qanunsuz məlumat toplamaq ittihamı ilə məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, platforma uşaqların şəxsi məlumatlarını valideynlərinin icazəsi olmadan toplayıb, onlara "TikTok" hesabları yaratmağa icazə verib və çox vaxt valideynlərinin onları silmək tələblərinə məhəl qoymayıb.

Bununla əlaqədar olaraq, ABŞ Ədliyyə Nazirliyi qanun pozuntularına görə sosial şəbəkə və onun ana şirkəti "ByteDance" cərimələməyi xahiş edib.

"TikTok" ittihamlarla razılaşmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO