Tacikistan qadınlarına daha bir geyim qadağası

Tacikistan qadınlarına daha bir geyim qadağası

Hazırda oxunan: Tacikistan qadınlarına daha bir geyim qadağası

204106

Tacikistan İslam Mərkəzinin Üləmalar Şurası (ilahiyyatçılar) ölkədəki qadınlara “milli mədəniyyətə və dinə yad” paltar geyinməkdən çəkinməyi tövsiyə edən fətva verib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qadınlara dar, şəffaf, qara və açıq-saçıq geyimlər də qadağan edilib.  

Tövsiyə xarakterli məktubun mətnində Qurandan iqtibaslar verilib.  Şuranın məlumatına görə, qadın geyimi tacik qadınlarının qədim zamanlardan geyindiyi baş örtüyü, köynək və ətəkdən ibarət olmalıdır.  
 

Qadağalara səbəb kimi “yad ölkələrin təsirini azaltmaq” və “ölkənin milli mənəvi dəyərlərini qorumaq” ifadələri işlədilib. Həmin fətvada kişilərə çiyindən dizə qədər qapalı geyinmək də tövsiyə edilib. 


Xatırladaq ki, bir müddət öncə Tacikistanda xurafat və fanatizmin qarşısını almaq məqsədilə hicaba da qadağa qoyulmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO