Kim Çen İn sakinlərin təxliyəsində iştirak etdi – FOTO/VİDEO

Kim Çen İn sakinlərin təxliyəsində iştirak etdi – FOTO/VİDEO

Hazırda oxunan: Kim Çen İn sakinlərin təxliyəsində iştirak etdi – FOTO/VİDEO

204033

Şimali Koreynın prezidenti Kim Çen İn kənd sakinlərinin təxliyə prosesində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 27-si Şimali Koreyanın şimal rayonlarına rekord dərəcədə güclü leysan yağması nəticəsində Amnok çayının suyunun səviyyəsi təhlükəli həddi xeyli keçib.

Buna görə də Sinuiju şəhəri və Phenyan-Punkto əyalətinin Uiju mahalının 5 mindən çox sakini daşqın təhlükəsi olan ərazilərdə təcrid olunub.  

Ölkə lideri Kim Çen In iyulun 28-i həmin ərazilərə baş çəkib. O, güclü yağışdan zərər çəkmiş və daşqın təhlükəsi ilə üzləşmiş rayonların sakinlərinin xilas edilməsinə və təxliyəsinə şəxsən rəhbərlik edib. KXDR liderinin əmri ilə Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin helikopterləri və Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmiləri də əməliyyata cəlb edilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO