İtaliya Çin ilə 3 illik fəaliyyət planı imzalayacaq

İtaliya Çin ilə 3 illik fəaliyyət planı imzalayacaq

Hazırda oxunan: İtaliya Çin ilə 3 illik fəaliyyət planı imzalayacaq

203991

İtaliyanın Baş naziri Corca Meloni Çinlə “yeni əməkdaşlıq formalarının həyata keçirilməsinə” yönəlmiş üç illik fəaliyyət planı imzalamaq üçün razılıq əldə etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ANSA Meloninin Pekində rəsmi səfəri zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Baş nazirin iki ölkənin sahibkarlarının forumunda iştirak etdiyi vurğulanıb.

“Bu biznes forum tərəfdaşlığımızı gücləndirmək, güclü və zəif tərəflərimizi qiymətləndirmək, nəyin bəhrə verdiyini, nəyin vermədiyini başa düşmək üçün mühüm və dəyərli fürsətdir və bu bizə bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda daha səmərəli ticarət əlaqələri qurmağa imkan verəcək”, – o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO