Pakistan məhkəməsi İmran Xanın həbs müddətini UZATDI

Pakistan məhkəməsi İmran Xanın həbs müddətini UZATDI

Hazırda oxunan: Pakistan məhkəməsi İmran Xanın həbs müddətini UZATDI

203160

Pakistanın Maliyyə Məhkəməsi keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibinin "zinət əşyalarını mənimsəmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" ittihamı üzrə istintaqı davam etdirmək üçün həbs müddətini yeddi gün uzadıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, həbs müddətinin uzadılması hər iki təqsirləndirilən şəxsin iştirakı ilə elan edilib.

Qeyd edək ki, 2018-2022-ci illərdə Pakistanın keçmiş baş naziri İmran Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
O, yüksək vəzifəli şəxslərin aldığı qiymətli hədiyyələri saxlayan Toşaxan xəzinəsi ilə bağlı qalmaqalın mərkəzində idi. Ona qarşı irəli sürülən ittihamlar şəxsi məqsədlər üçün hədiyyələr əldə etmək üçün vəzifəsindən qeyri-qanuni istifadə etməklə bağlıdır. Xan bütün ittihamları rədd edir və onların siyasi motivli olduğunu iddia edir.

Yanvarda siyasətçi Dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Xan və həyat yoldaşı qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm Pakistanın müxtəlif səviyyəli məhkəmələri tərəfindən etibarsız elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO