Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-nin prezidentliyə namizədi Donald Tramp arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə edilib.
Ərdoğan Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.O, həmçinin sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib.
Türkiyə lideri bu mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.
O, ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:34 / 19.07.2024
Ərdoğan Trampla telefonla DANIŞIB
Hazırda oxunan: Ərdoğan Trampla telefonla DANIŞIB
Hazırda oxunan: Ərdoğan Trampla telefonla DANIŞIB
202622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.