“Moskva vilayətindəki “Crocus City Hall”da törədilən terror aktını beynəlxalq komanda təşkil edib”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin (“Rosfinmonitorinq”) rəhbəri Yuriy Çixançin Federasiya Şurasında çıxışı zamanı bildirib.
Çixançin qeyd edib ki, komandanın tərkibində Orta Asiya və Avropa ölkələrindən, o cümlədən ruslardan olan nümayəndələr var.
"“Crocus City Hall”la bağlı araşdırmalar hələ davam edir. Amma onu deyə bilərəm ki, bu işi müxtəlif ölkələrin nümayəndələri olan beynəlxalq komanda həyata keçirib. Onların arasında ruslar da var”, - deyə o vurğulayıb.
Xatırladaq ki, martın 22-si axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:50 / 16.07.2024
Rusiyadan ““Crocus”dakı hadisə ilə bağlı yeni AÇIQLAMA: “Beynəlxalq komanda təşkil edib”
Hazırda oxunan: Rusiyadan ““Crocus”dakı hadisə ilə bağlı yeni AÇIQLAMA: “Beynəlxalq komanda təşkil edib”
Hazırda oxunan: Rusiyadan ““Crocus”dakı hadisə ilə bağlı yeni AÇIQLAMA: “Beynəlxalq komanda təşkil edib”
202236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.