ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası zamanı baş verən sui-qəsd anından danışıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “New York Post” qəzetinə müsahibə verib.
Tramp möcüzə nəticəsində sui-qəsd zamanı sağ qaldığını deyib:
"Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini söylədi və bunu möcüzə adlandırdı. Mən burada olmamalıydım, ölməliydim. Həkim dedi ki, heç vaxt kiminsə “AR-15” avtomatından açılan atəşdən sonra sağ qaldığını görməyib”.
Tramp, həmçinin qeyd edib ki, o, qanunsuz miqrantlarla bağlı lövhədəki yazını oxumaq üçün başını vaxtında çevirməsəydi, sui-qəsd uğurlu olardı.
D.Tramp əlavə edib ki, Birləşmiş Ştatların xüsusi xidmət orqanları mitinqində ona atəş açmaqda şübhəli bilinən şəxsi ilk cəhddə zərərsizləşdirməklə fantastik işə imza atıblar.
Xatırladaq ki, 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:50 / 15.07.2024
Sui-qəsd cəhdinə məruz qalan Tramp: "Mən ölməli idim"
Hazırda oxunan: Sui-qəsd cəhdinə məruz qalan Tramp: "Mən ölməli idim"
Hazırda oxunan: Sui-qəsd cəhdinə məruz qalan Tramp: "Mən ölməli idim"
202114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.