Ukrayna bu ölkələrlə təhlükəsizlik zəmanəti imzalayacaq

Ukrayna bu ölkələrlə təhlükəsizlik zəmanəti imzalayacaq

Hazırda oxunan: Ukrayna bu ölkələrlə təhlükəsizlik zəmanəti imzalayacaq

201994

Ukrayna üç ölkə ilə təhlükəsizlik zəmanət ilə bağlı yeni sazişlər imzalamağı planlaşdırır. Onlardan ikisi üzərində artıq iş aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Zelenski deyib ki, son günlər Ukrayna Polşa, Lüksemburq və Rumıniya ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb.

"İndi isə komanda yeni sənədlər üzərində işləyir - Çexiya, Sloveniya ilə razılaşmalar olacaq və İrlandiyanın Baş naziri ilə görüşdən sonra biz də saziş hazırlamaq qərarına gəldik", - deyə Zelenski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO