ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.
Bizim.Media xəbər verir ki, hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib.
Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb. Tramp qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribundan düşərkən onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsi ilə canlı yayımlanıb.
Bizim.Media