Kanadanın Alberta əyalətində AstraZeneca peyvəndi qəbul edən bir nəfərdə tromb yaranıb, nəticədə o, dünyasını dəyişib. Bu, ölkədə ikinci belə ölüm hesab edilir.
Bizim.Media xəbər verir ki, məlumatı “RİA Novosti” agentliyi əyalətin Baş sanitar həkimi Dina Hinşouya istinadən yayıb.
"Vəfat edən şəxs yaşı 50-dən yuxarı olan bir qadındır. Bu xəbərdən çox kədərləndim", deyə Hinşou bildirib.
Baş həkimin dediyinə görə, məxfilik baxımından hadisə ilə bağlı əlavə məlumat verilməyəcək.
AstraZeneca peyvəndi qəbul etdikdən sonra ilk ölüm Kanadada aprelin sonunda Kvebek əyalətində qeydə alınmışdı.
Kanadanın səhiyyə nazirliyi fevralın 26-da AstraZeneca koronavirus peyvəndinin istifadəsini təsdiqləyib. Bundan əlavə, ölkədə Pfizer / BioNTech, Moderna və Janssen peyvəndləri də vurulur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:03 / 05.05.2021
Kanadada AstraZeneca peyvəndindən daha bir nəfər öldü
Hazırda oxunan: Kanadada AstraZeneca peyvəndindən daha bir nəfər öldü
Hazırda oxunan: Kanadada AstraZeneca peyvəndindən daha bir nəfər öldü
20146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.