Qadın doqquz uşaq dünyaya gətirdi - FOTOLAR

Qadın doqquz uşaq dünyaya gətirdi - FOTOLAR

Hazırda oxunan: Qadın doqquz uşaq dünyaya gətirdi - FOTOLAR

20123

Qərbi Afrika ölkəsi olan Mali sakini bir anda doqquz uşaq (beş qız və dörd oğlan) dünyaya gətirib. Ana və yeni doğulmuş körpələr özlərini yaxşı hiss edirlər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Malinin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Mənbə bildirir ki, Halima Cisse martın sonunda Malinin paytaxtı Bamakoda xəstəxanada iki həftə qaldıqdan sonra ölkə prezidenti Ba Ndaunun fərmanı ilə Mərakeş klinikasına aparılıb.

Malinin səhiyyə naziri Fanta Sibi deyib ki, bu hamiləliyin xoşbəxt nəticəsinin açarı peşəkarlıq olub. O, hər iki ölkənin tibb mütəxəssislərini təbrik edib.

“France Presse” agentliyinin məlumatına görə, ananın 25 yaşı var. Bir neçə həftədən sonra o, körpələri ilə birlikdə Maliyə geri dönməlidir.

Eyni zamanda, Mərakeş Səhiyyə Nazirliyinin nümayəndəsi Rəşid Kudhari bildirib ki, ölkədə bir anda doqquz uşağın dünyaya gəlməsi hadisəsi heç vaxt qeydə alınmayıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO