Stalin seçkilərdə qalib gəldi – Ştatın baş naziri olacaq

Stalin seçkilərdə qalib gəldi – Ştatın baş naziri olacaq

Hazırda oxunan: Stalin seçkilərdə qalib gəldi – Ştatın baş naziri olacaq

20118

Mutuvel Karunanidi Stalin Hindistanın Tamilnad ştatında keçirilən seçkiləri böyük fərqlə qazanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “India Today” qəzeti yayıb.

Mənbə yazır ki, 68 yaşlı siyasətçi ştat hökumətinə rəhbərlik edəcək. 

Gələcək siyasətçiyə bu adı ştatın keçmiş baş naziri vəzifəsində çalışan atası verib. Stalin 1953-cü ildə Sovet lideri İosif Stalinin ölümündən bir neçə ay əvvəl anadan olub. Hindistanlı Stalin əsil demokrat sayılır.

1989-cu ildə o, adına görə Rusiyada çətin vəziyyətə düşüb.

“Hava limanına enən kimi adımı çəkməyimi istədilər. “Stalin” deyəndə hava limanında çox adam çönüb mənə baxdı”, deyə siyasətçi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO