Çin dövlət başçısı Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda Çinin dövlət başçısı Si Cinpinin iyulun 8-də səhər saatlarında Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orban ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, Orban iyulun 5-də, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib.
İyulun 6-da Macarıstan lideri Şuşa şəhərində TDT-nin qeyri-rəsmi sammitində iştirak edib.
İyulun 2-də isə o, Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb.
Bizim.Media