Orban: “Kiyev və Moskva səfərlərindən sonra anladım ki, tərəflərin mövqeləri bir-birindən tamamilə fərqlənir”

Orban: “Kiyev və Moskva səfərlərindən sonra anladım ki, tərəflərin mövqeləri bir-birindən tamamilə fərqlənir”

Hazırda oxunan: Orban: “Kiyev və Moskva səfərlərindən sonra anladım ki, tərəflərin mövqeləri bir-birindən tamamilə fərqlənir”

200623

“Kiyev və Moskva səfərlərindən sonra anladım ki, tərəflərin mövqeləri bir-birindən tamamilə fərqlənir. Odur ki, Ukrayna ilə bağlı danışıqlara şərait yaratmaq üçün Putini mübahisəli məsələlərdə güzəştə getməyə çağırıram”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Macarıstanın baş naziri Kiyevdəki son təmaslarından danışıb və Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcəyini qeyd edib:

“Biz ən mühüm addımı atdıq: əlaqə yaratdıq, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

O bildirib ki, Putinlə Ukraynada sülhün əldə olunmasını və buna aparan ən qısa yolu müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO