Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Baş nazir Rişi Sunakın istefasını qəbul edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.
“Hörmətli Parlament üzvü Rişi Sunak səhər saatlarında kralla görüşüb, Baş nazir vəzifəsindən istefasını ona təqdim edib. Əlahəzrət kral onun istefasını məmnunluqla qəbul edib”, - məlumatda deyilir.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim etmişdi.
Qeyd edək ki, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:32 / 05.07.2024
Britaniya Kralı Rişi Sunakın istefasını QƏBUL ETDİ
Hazırda oxunan: Britaniya Kralı Rişi Sunakın istefasını QƏBUL ETDİ
Hazırda oxunan: Britaniya Kralı Rişi Sunakın istefasını QƏBUL ETDİ
200591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.