OpenAI bu ilin əvvəlində böyük məlumat pozuntusuna məruz qalıb. Bildirilib ki, hakerlər, OpenAI-nin əməkdaşlarının mesajlarına və forumlarına giriş əldə edib.
Bizim.Media technote.az-a istinadən xəbər verir ki, ABŞ-da aşkarlanan məlumata görə, hakerlər, OpenAI-nin GPT kimi modellərinə daxil ola bilməyib.
Lakin sızma, şirkət daxilində təhlükəsizlik riskinin olduğunu göstərərək işçiləri təşvişə salıb. New York Times-a danışan mənbələr, qabaqcıl süni intellekt sistemlərinin, Çin kimi ölkələr tərəfindən oğurlana biləcəyini bildirib.
Təhlükəsizlik hadisəsi, OpenAI-də mövcud gərginliyi daha da artırıb. Keçmiş proqram meneceri Leopold Aschenbrenner, şirkətin sirlərini qorumaq üçün kifayət qədər iş görmədiyini bildirərək şuraya bir memo yazıb. Aschenbrenner, pozuntunun təfərrüatlarını sızdırdığı üçün şirkətdən qovulub.
OpenAI daxilindəki bu haker hadisəsi, şirkətin təhlükəsizlik təcrübələrində mübahisələrə səbəb olub.
Bəzi işçilərin, rəhbərliyin məlumat oğurluğuna nə qədər ciddi yanaşdığını şübhə altına aldığı deyilir. OpenAI, hətta təhlükəsizliyə kifayət qədər sərmayə qoymamaqda da ittiham olunur.
Əlavə olaraq, daha əvvəl direktorlar şurası ilə fikir ayrılığı olan CEO Sam Altman, mühüm adların şirkətdən ayrılmasına mane ola bilməyib və həmçinin süni intellekt etikası kimi mövzularda bəzi sualları da cavabsız qoyub.
Oğurlanmış məlumatlara OpenAI-nin ən qabaqcıl modelləri daxil olmasa da, gələcəkdəki süni intellektə yönəlmiş pozuntuların təhlükədə ola biləcəyi düşünülür. OpenAI-dən hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:01 / 05.07.2024
ABŞ mənbələri ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər
Hazırda oxunan: ABŞ mənbələri ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər
Hazırda oxunan: ABŞ mənbələri ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər
200574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.