Putin: “İstanbul razılaşmaları Kiyevlə danışıqlar üçün əsas ola bilər” – VİDEO 

Putin: “İstanbul razılaşmaları Kiyevlə danışıqlar üçün əsas ola bilər” – VİDEO 

Hazırda oxunan: Putin: “İstanbul razılaşmaları Kiyevlə danışıqlar üçün əsas ola bilər” – VİDEO 

200444

“Ukrayna üzrə İstanbul razılaşmaları “masa üzərində” qalır və danışıqlar prosesinin əsasını təşkil edə bilər”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib. 

“Rusiya danışıqlardan heç vaxt imtina etməyib və indi sülh danışıqlarını davam etdirməyə hazırdır. Danışıqlardan imtina edən məhz Ukrayna olub. Bunu açıq şəkildə Londonun, demək, Vaşinqtonun birbaşa göstərişi ilə edib”, - o vurğulayıb. 

Qeyd edək ki, İstanbul danışıqları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, 2022-ci ilin mart-aprel aylarında keçirilib. Moskva və Kiyev İstanbulda razılıq əldə etsələr də, daha sonra Ukrayna bu razılaşmalardan imtina edib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO