Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət və hökumət başçıları Qazaxıstanın paytaxtında keçirilən sammitdə ittifaq haqqında Astana Bəyannaməsini təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sputnik agentliyi yayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin iclasda çıxışı zamanı bildirmişdi ki, sənəd ŞƏT ölkələrinin qlobal və regional gündəliyin əsas aspektlərinə yanaşmalarını əks etdirir.
ŞƏT-in Astana sammitinin yekunlarına əsasən, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri bu ilin noyabrında Küveytin paytaxtında BMT ilə terrorizmlə mübarizə üzrə birgə yüksək səviyyəli konfrans keçirməyi planlaşdırır.
"ŞƏT-in yekun Astana Bəyannaməsində ŞƏT-ə üzv dövlətlərin liderləri Tacikistanın Mərkəzi Asiya regionunda terrorizmə və onun maliyyələşdirilməsinə ("Düşənbə Prosesi") qarşı mübarizədə çoxtərəfli əməkdaşlığı təşviq etmək səylərini qeyd ediblər. BMT ilə birgə növbəti Yüksək Səviyyəli Konfransı 2024-cü ilin noyabrında Küveyt şəhərində keçirmək niyyətindədir", - məlumatda bildirilib.
Bizim.Media