Qırğızıstanda sel nəticəsində iki qazaxıstanlı uşaq ölüb. Daha iki nəfərin axtarışı davam etdirilir.
Bizim.Media 24KZ saytına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həlak olanların yaxınlarına hər cür köməklik göstərilir. Qazaxıstan diplomatları yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.
Qırğızıstan xilasediciləri Abşır-Ata istirahət zonasında olan 1300 nəfəri çaydan keçiriblər.
Fövqəladə hadisə Oş vilayətinin Nookat rayonunda baş verib. Hakimiyyət fövqəladə vəziyyət elan edib. Təbii fəlakətin 8 nəfərin həyatına son qoyduğu da bildirilir. Hadisə yerində yüzdən çox xilasedici işləyir.
Bizim.Media