Avropa İttifaqı (Aİ) Şurası Lüksemburqda Avropa işləri üzrə nazirlər səviyyəsində keçirilən iclas zamanı Aİ ilə Ukrayna arasında təhlükəsizlik sazişinin müddəalarını təsdiqləyib.
Bizim.Media xəbər verər ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın xarici işlər naziri Hadija Labib iclasın yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
“Aİ Şurası bu gün Aİ və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik öhdəlikləri haqqında sazişin müddəalarını təsdiqləyib”, - Labib qeyd edib.
Sənədin Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvətli qonaq qismində çıxış edəcəyi Aİ sammitində imzalanması gözlənilir.
Sənədin məzmunu ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:12 / 26.06.2024
Aİ Şurası Ukrayna ilə təhlükəsizlik haqqında sazişi TƏSDİQLƏDİ
Hazırda oxunan: Aİ Şurası Ukrayna ilə təhlükəsizlik haqqında sazişi TƏSDİQLƏDİ
Hazırda oxunan: Aİ Şurası Ukrayna ilə təhlükəsizlik haqqında sazişi TƏSDİQLƏDİ
199073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.