Dağıstanda dəhşətli terror: Keşiş öldürüldü, rayon rəhbəri saxlanıldı - VİDEO

Dağıstanda dəhşətli terror: Keşiş öldürüldü, rayon rəhbəri saxlanıldı - VİDEO

Hazırda oxunan: Dağıstanda dəhşətli terror: Keşiş öldürüldü, rayon rəhbəri saxlanıldı - VİDEO

198687

Dağıstanın (Rusiya) Serqokalinsk rayonunun rəhbəri Maqomed Omarov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.

Bundan əvvəl mediada onun iki oğlunun Mahaçqaladakı hücumda iştirak etdiyi barədə məlumat yayılmışdı. İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı həlak olanlar məhz Osman və Adil Omarovlardır. Bundan sonra rayon rəhbərinin istefa verdiyi qeyd olunub.
Daha əvvəl xəbər verilmişdi ki, Dərbənddə iki pravoslav kilsəsi və sinaqoqa hücum edən, həmçinin Mahaçqalada yol polisi postunu atəşə tutan silahlıların beynəlxalq terror təşkilatı ilə əlaqəsi ola bilər.

Rusiyaya məxsus Telegram kanalları bildirir ki, Mahaçqaladakı kilsədə girov götürülməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda şəhərdə təhlükəsizlik qüvvələrinin işi davam edir. Dağıstanın Daxili İşlər Nazirliyi 19 nəfərin öz təhlükəsizliyi üçün kilsəyə girdiyini bildirib.

Eyni zamanda, hücum zamanı keşiş Nikolay Kotelnikovun da öldürüldüyü deyilir. Həmçinin kilsə mühafizəçisi də qətlə yetirilib.

Bu barədə Dağıstan İctimai Palatasının üzvü Şamil Xadulayev məlumat verib.

Milli Antiterror Komitəsi (MTK) Dağıstanda baş verən hücumlar nəticəsində bir keşişin öldürüldüyünü təsdiqləyib.

"Mənə çatan məlumata görə, Nikolay ata Dərbənddə kilsədə öldürülüb, boğazı kəsilib. Onun 66 yaşı var idi və çox xəstə idi", - deyə Xadulayev yazıb.

"Digər keşişlər kilsədə kömək gözləyirlər", - o əlavə edib.
Rus Pravoslav Kilsəsinin Cəmiyyət və Media ilə Əlaqələri Sinodal Şöbəsinin rəhbəri Vladimir Leqoyda yaşlı protoirey Nikolay Kotelnikovun vəhşicəsinə öldürüldüyünü təsdiqləyib. O, 40 ildən çox din xadimi olub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO