Sloveniya Prezidenti Kiyevə gedəcək

Sloveniya Prezidenti Kiyevə gedəcək

Hazırda oxunan: Sloveniya Prezidenti Kiyevə gedəcək

198641

Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə səfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Sloveniyanın Radio və Televiziyası məlumat yayıb.

“Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətdə kömək etməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlər nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli dəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz üzvü Kiyevlə analoji sazişlər imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO