Pakistan hökuməti yeni genişmiqyaslı antiterror kampaniyasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 22-də 2014-cü ildən ölkədə antiterror siyasətini əlaqələndirən orqan olan Milli Fəaliyyət Planının icrası üzrə mərkəzi ali komitənin iclası keçirilib.
Ölkənin Baş naziri Şahbaz Şərifin sədrliyi ilə keçirilən iclasda əsas nazirlər, eləcə də terror problemindən ən çox zərər çəkən regionların rəhbərləri iştirak edib.
Şahbaz Şərif Azm-e-İstehkam əməliyyatına başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə kampaniyasını təsdiqləyib. Sözügedən əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:12 / 23.06.2024
Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLAYIB
Hazırda oxunan: Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLAYIB
Hazırda oxunan: Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLAYIB
198564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.