“Artıq Fransada Makronizm dövrü (hazırki prezident Emanuel Makronu nəzərdə tutur red.) bitdi. Əgər Makronizm nə vaxtsa mövcud olubsa, artıq bitib. Fransada siyasi yenidənqurmanın vaxtı çatıb. Bunu çox da düşmənçilik mövqeyindən çıxış etmədən bəyan edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland AFP-yə müsahibəsində bildirib.
Eyni zamanda Olland prezident postuna qayıtmaq istəmədiyini də açıqlayıb.
Qeyd edək ki, iyunun 16-da eks-prezident ölkədə vəziyyətin çox ciddi olduğundan parlament seçkilərində Korrezdə namizədliyini irəli sürdüyünü açıqlayıb. O, parlamentin buraxılmasından sonra yaradılan Yeni Xalq Cəbhəsinin tərkibində Sosialist Partiyası tərəfindən namizdə kimi irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:04 / 22.06.2024
Fransua Olland: "Makronizm bitdi, siyasi yenidənqurmanın vaxtı gəldi"
Hazırda oxunan: Fransua Olland: "Makronizm bitdi, siyasi yenidənqurmanın vaxtı gəldi"
Hazırda oxunan: Fransua Olland: "Makronizm bitdi, siyasi yenidənqurmanın vaxtı gəldi"
198549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.