NATO-nun yeni Baş katibi bu şəxs olacaq

NATO-nun yeni Baş katibi bu şəxs olacaq

Hazırda oxunan: NATO-nun yeni Baş katibi bu şəxs olacaq

198186

Niderlandın Baş naziri vəzifəsini tərk edən Mark Rutte NATO-nun yeni Baş katibi olacaq.

Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, Rutte hazırda sözügedən posta yeganə namizəddir.

Belə ki, Rumıniya Prezidenti Klaus Yohannis alyansa rəhbər postuna mübarizədən geri çəkildiyini açıqlayıb. Rutte Rumıniya da daxil olmaqla, bütün NATO ölkələrinin liderlərinin dəstəyini alıb.

Qeyd edək ki, niderlandlı siyasətçi NATO-nun Baş katibi vəzifəsində Yens Stoltenberqi əvəz edəcək. Sonuncunun səlahiyyət müddəti cari ilin oktyabrında başa çatır. 57 yaşlı Ruttenin alyansın Baş katibi vəzifəsini təyin edilməsi barədə qərar rəsmi olaraq NATO-nun iyul ayında Vaşinqtonda keçiriləcək sammitində elan edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO