Putinin Kim Çen İnə hədiyyə etdiyi avtomobilin nömrəsi GÜNDƏM OLDU

Putinin Kim Çen İnə hədiyyə etdiyi avtomobilin nömrəsi GÜNDƏM OLDU

Hazırda oxunan: Putinin Kim Çen İnə hədiyyə etdiyi avtomobilin nömrəsi GÜNDƏM OLDU

198092

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina verdiyi “Aurus” markalı avtomobilin nömrəsi Koreya müharibəsinin bitmə tarixinə uyğun gəlir.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, “7 27 1953” rəqəmləri Koreya Müharibəsinin bitdiyini bildirən Koreya Atəşkəs Sazişinin rəsmi olaraq bağlandığı 27 iyul 1953-cü il tarixinə uyğun gəlir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Kim Çen Ina yeni "Aurus" avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib. O, Rusiya istehsalı avtomobili hədiyyə olaraq alan ilk lider olub.

"Aurus" Rusiya prezidenti, Baş naziri və Nazirlər Kabinetinin üzvlərinin kortejlərində istifadə olunur. Xarici ölkə liderləri də Rusiyaya gələndə bu markalı avtomobillərlə təmin olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO